Dünya şöhrətli futbolçu Kriştiano Ronalduya ağır itki üz verib.
Bu barədə 37 yaşlı idmançı instaqram hesabında məlumat yayıb. O, yeni doğulan əkiz övladlarından oğlunun vəfat etdiyini bildirib:
"Ən dərin kədərlə bildiririk ki, körpəmiz dünyasını dəyişib. Bu, valideynlərin qarşılaşa biləcəyi ən böyük ağrıdır. Yalnız qızımızın doğulması bizə ümid və xoşbəxtliklə bu anı yaşamaq üçün güc verir".
Qeyd edək ki, Corcina Rodriqezlə vətəndaş nikahında yaşayan Ronaldonun Alana Martina adlı 4 yaşlı qızı var. İdmançının 11 yaşlı Kriştiano adlı oğlu, Yeva və Mateo adlı əkizləri isə surroqat anadan dünyaya gəlib. Cütlük bu yaxınlarda əkizlərindən birinin qız, digərinin isə oğlan olduğunu bildirmişdi.