Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Neftçi”nin baş məşqçisi hər ay 37 min manat maaş alır

“Neftçi”nin baş məşqçisi hər ay 37 min manat maaş alır

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın maaşı açıqlanıb.

Bizim.Media xəbər verir ki, onun həyat yoldaşı Anamaria Prodan "Fanatik” nəşrinə açıqlamasında ərinin 22 min dollar maaş alacağını bildirib:

“Regekampfın maaşı 22 min dollardır. O, oğlumuz Bebetoya görə aliment ödəməlidir. Laurentsio Azərbaycandandakı qazancını gizlədə bilməz. Bu, açıq müqavilədir".

Qeyd edək ki, Prodan ilə Regekampf boşanmağa hazırlaşır. Tərəflər arasında məhkəmə prosesi davam edir.