Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.
Bu haqda Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.
Bildirilib ki, dünya çempionu, XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.
Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.
Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.