Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nazim Sadıxov UFC-də iştirak edən III azərbaycanlı oldu

Nazim Sadıxov UFC-də iştirak edən III azərbaycanlı oldu

ABŞ-da yaşayan və qarışıq döyüş növündə (MMA) mübarizə aparan azərbaycanlı idmançı Nazim Sadıxov nüfuzlu “Ultimate Fighting Championship” (UFC – Mütləq Döyüş Çempionatı) idman təşkilatı ilə müqavilə imzalayıb.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bu mühüm hadisə həftənin ikinci günü onun “Dana White's Contender Series 50” yarışında qələbəsindən sonra baş verib. Soydaşımız sözügedən yarışda Əhməd Həsənzadəyə qalib gəlib. 

Qeyd edək ki, Nazim Sadıxovun ailəsi Bakıdan ABŞ-ın ən böyük meqapolisi hesab olunan Nyu York şəhərinə köçüb. 28 yaşlı idmançı bu ilin martında Hyuston şəhərində keçirilən “Fury FC 59” yarışında mühüm qələbə qazanaraq, Texas ştatının çempionu olub. ABŞ-da qazandığı bütün qələbələrini tarixi vətəni olan Azərbaycana həsr edən soydaşımız hər yarışın sonunda üçrəngli bayrağımızı dalğalandırır.

Xatırladaq ki, Azərbaycanı hazırda UFC-də Rafael Fiziyev və Nəriman Abbasov təmsil edir.