Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zabit Səmədov karyerasını qələbə ilə başa vurdu

Zabit Səmədov karyerasını qələbə ilə başa vurdu

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

SHOWNEWS.AZ xəbər verir ki, idmançımız sonuncu döyüşünü braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silvaya qarşı keçirib. O, “sambaçı”nı 1-ci raundda nokauta salmaqla kəmərə sahib çıxıb.  

Bununla da Zabit Səmədov karyerasındakı sonuncu döyüşünü başa vurub. O, “karyeramın son döyüşünü vətəndə keçirdiyim üçün şadam” deyə döyüşdən sonra qeyd edib.

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. Bunlardan 103-də qalib gəlib.