Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) ikiqat dünya çempionu olub.
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının finalında güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiya ilə qarşılaşıb.
Görüş təmsilçimizin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Biraz sonra daha bir güləşçimiz final görüşünə çıxacaq. Belə ki, Ülvi Qənizadə (72 kq) qızıl medal uğrunda görüşdə serbiyalı Ari Arsalan ilə qarşılaşacaq