
Güləşçimiz Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qızıl medal qazanaraq 2-ci dəfə bu titula yiyələndi.
Məşhur pəhlivan hələ İslam Oyunlarında qələbə qazanarkən 2 qat dünya çempionu olmaq istədiyini və Olimpiya çempionu Fərid mansurovun rekordunu təkrarlayacağını demişdi.
Sözünün üstündə duran Eldəniz Əzizlinin karyerasının inkişaf yoluna daha ətraflı videomaterialda diqqət yetirək.