Azərbaycanın boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub.
Azərbaycan Boks Federasiyası xəbər verir ki, yarışda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bu uğura İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində imza atıb.
Təmsilçimiz döyüşdə 5:0 hesabı ilə qalib gəlib.
Qələbə qazanan boksçumuz Avropa birinciliyinin qızıl medalına yiyələnib.
Qeyd edək ki, E. Rzayeva tanınmış stomotoloq Şamil Rzayevin qardaşı qızıdır.