Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo və Argentina yığmasının ulduzu Lionel Messinin gündəm olan şəklinin fotoşop olduğu ortaya çıxıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, futbolçular fotoları eyni məkanda müxtəlif vaxtlarda çəkdirib.
Daha sonra isə hər iki ulduzun şəkli montaj olunaraq birləşdirilib.
Xarici mətbuatda bununla bağlı video da paylaşılıb. Videoda fotolar çəkilən zaman hər iki oyunçunun birlikdə olduğuna dair heç bir görüntü yoxdur.