Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rafael Ağayev çempionluq kəmərini qazandı

Rafael Ağayev çempionluq kəmərini qazandı

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxıb.

"Report"un məlumatına görə, 37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib.

Rəqibini məğlub edən Ağayev çempionluq kəmərini qazanıb.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.