Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Mehti Dakayev Nəriman Abbasovu duelə çağırıb.

Bu barədə azərbaycanlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov özünün feysbuk səhifəsində paylaşım edib.

Mütəxəssis bu döyüş üçün danışıqlar aparmağa hazır olduqlarını bildirib: "Əvvəlcə bu görüşə razılıq vermişdik. Amma Mehti özü imtina etdi. Yəqin, Nərimanın son məğlubiyyəti onu ruhlandırıb".

Qeyd edək ki, Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.