“Homoseksuallığı cinayət hesab edən qanunlar ədalətsizdir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.
“Homoseksuallıq cinayət deyil. Allah bütün övladları kimi onları da sevir”, - deyə Papa qeyd edib.
Belə ki, Papa katolik yepiskopların homoseksuallığı cinayət hesab edən və LGBT icmasına qarşı ayrı-seçkilik yaradan qanunlarını günah adlandırıb.
Həmçinin, Fransiskin bu şərhi Papa tərəfindən həmin məsələ haqqında söylənilən ilk fikirdir.