Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yerin nüvəsi yavaşladı, əks istiqamətdə fırlanmağa başladı:

Yerin nüvəsi yavaşladı, əks istiqamətdə fırlanmağa başladı:

Son illərdə baş vermiş yüzlərlə zəlzələnin tədqiqi nəticəsində Yerin nüvəsinin sürətini itirdiyi, yavaşladığı və əks istiqamətdə fırlanmağa başladığı üzə çıxıb.

AZXEBER.COM xəbər verir ki, narahatlıqlar var ki,Yerin nüvəsi yavaşladıqca və əks istiqamətdə fırlanmağa başladıqca, bu, günləri qısalda və dəniz səviyyəsinə təsir edə bilər.

"Nature Geoscience”də dərc olunan araşdırmaya görə, 5000 kilometrdən daha dərin və Günəş səthindən daha isti olan Yerin nüvəsi yavaşlayıb.

Çindəki Pekin Universitetindən Yi Yang və Xiaodong Song tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yerin ən daxili təbəqəsi sürətini itirir və səthi tərsinə çevirərək günü qısalda bilər.

Yerin nüvəsi və mantiyası 70 il əvvəl harmoniya içində olduğu halda, indi nüvə yavaşlayıb və yavaş-yavaş əks istiqamətdə fırlanmağa başlayıb.

Bütün bunların müxtəlif nəticələri olacaq. Əvvəla, günlər qısalır. Dəniz səviyyəsinin və maqnit sahəsinin dəyişməsi planetin iqliminə təsir edəcək. Sahənin qravitasiya təsiri yerüstü ərazilərdə deformasiyalara səbəb olacaq.