Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dünyanın sonu ilə bağlı TARİX VERİLDİ

Dünyanın sonu ilə bağlı TARİX VERİLDİ

Məşhur alim Daniel Rothman dünyanın sonunu göstərən tarix açıqlayıb.

 

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, alim Daniel Rothman araşdırmasının nəticələrini dünyanın sonunun yanlış yerdə axtarıldığını bildirməklə izah edib. 

Dünyanın sonu ilə bağlı təəccüblü açıqlamalar verən alim okeanlarda karbonun səviyyəsinin sürətlə artdığını və 2100-cü ildə bu səviyyənin 500 giqatona (1 milyard ton) çatacağını iddia edib. O, bu vəziyyətin kütləvi məhvə səbəb ola biləcəyini bildirib. Bununla belə, Rothman kütləvi məhv olmaq üçün bu rəqəmlərin neçə olması haqda məlumatı olmadığını deyib.

 

Karbon emissiyalarının artmasının daha əvvəl 4 kütləvi yoxa çıxmaya səbəb olduğunu bildirən Rotman sözlərini belə davam edib: "Hazırda okeanlarda karbonun miqdarı 300 giqatondur. 100 və ya 200 ildən sonra bu səviyyə 500 giqatona yüksələcək. Bu, kütləvi məhvə səbəb ola bilər. Lakin insanlar bu dəyişikliyin uzun zaman alacağına inanırlar”.

 

"İnsanlar bizim kütləvi məhvə getdiyimizi dərk etməyə bilər, çünki bu, illər alır. Yenə də dünyada baş verən hər 5 kütləvi məhvdən 4-ü karbonla bağlı olub. Artıma diqqətlə baxmaq lazımdır”, - deyə bildirib.