Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rihannanın taxdığı aksesuarların şok qiyməti

Rihannanın taxdığı aksesuarların şok qiyməti

"Super Bowl"dakı çıxışı ilə gündəmdən düşməyən məşhur müğənni Rihannanın taxdığı bahalı zinət əşyalarının qiymətləri maraq oyadıb.

Axşam.az xəbər verir ki, 5 ildən sonra səhnəyə çıxan ifaçının diqqət çəkən aksesuarlarından biri "Jacob & Co" tərəfindən hazırlanmış saatdır. Saatın kənarları 10 əyyarlıq 360 bahalı daşla haşiyələnib, qayışı isə timsah dərisindən hazırlanıb. Brendin saytında aksesuarın qiyməti 72 min dollar təşkil edir. 

Rihannanın qulağına taxdığı sırğaların qiyməti təxminən 12 min dollar təşkil edir. Müğənni qırmızı kombinezonunu qiyməti 130 min dollar olan "Joseph Saidian & Sons"dan üç vintec brilliant broş ilə tamamlayıb.

Rihannanın görünüşünü tamamlayan ən bahalı aksesuar isə "Bayco"dan olan üzükdür. Brendin saytında yer alan məlumatlara görə, aksesuarın qiyməti 1 milyon dollardır.

Beləliklə, müğənninin üzərindəki zərgərlik əşyalarının ümumi dəyəri 1,2 milyon dollara çatır.

Qeyd edək ki, sözügedən çıxışı zamanı Rihannanın ikinci övladı olacağı ortaya çıxıb.

  •