Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Marsa gedəcəyik! 1 milyon insan üçün ŞƏHƏR SALINIR

Marsa gedəcəyik! 1 milyon insan üçün ŞƏHƏR SALINIR

İlon Mask öz şirkəti "SpaceX”in Marsa insan enişi ilə bağlı proqnozlarını yeniləyib.

 

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, "SpaceX”in gələcək nəsil kosmik gəmisi olacaq "Starship” yük və insanları əvvəlcə Ay orbitinə, sonra isə Marsa daşımaq üçün hazırlanır.

"SpaceX” bu yaxınlarda ən güclü raket sistemi olan "Starship”i sınaqdan keçirib və sözügedən sınaqlarda 31 mühərrik eyni anda müvəffəqiyyətlə çalışıb.

"Tesla” və "SpaceX” kimi nəhəng şirkətlərin qurucusu İlon Mask insanları Marsa nə vaxt aparacağını da açıqlayıb: "Düşünürəm ki, 5 il mümkündür və 10 il böyük ehtimaldır”.

Maskın bu açıqlamasına görə, 2028-ci ilə qədər Marsa insan göndərmək mümkün olacaq və 2033-cü ilə qədər bunun ehtimalı daha da artacaq.

Bundan əvvəl İlon Mask 2050-ci ilə qədər Marsda 1 milyon əhalisi olan ilk şəhəri quracağına söz vermişdi.