Günlərdir dağıntılar altında qalan sosial media fenomeni Taha Duymazla bacısı Mələyin cansız bədənləri dağıntılar altından çıxarılıb.
Taha bacısı ilə Hatayın Yayladağ rayonunda bibisigildə qonaq qalarkən zəlzələnin dağıntıları altında qalmışdı. Günlərdir aparılan axtarışlar nəticəsiz qalıb. Belə ki, 19 yaşlı gənci və bacısını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, instaqramda 1 milyon izləyicisi olan Taha yemək bişirmə videoları ilə məşhurlaşıb. Zəlzələdən sonra onun daha öncə verdiyi açıqlama yenidən sosial mediada gündəmə gəlib.