Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərinin qismən bağlanması səbəbindən Ermənistana verilən qazın həcmi azalıb.
Bu barədə “Qazprom-Armeniya”nın mətbuat xidməti məlumat yayıb.
Vurğulanır ki, idxal olunan qazın həcminin azalması səbəbindən fövqəladə halların qarşısının alınması və istehlakçıların qazla təmin olunması məqsədilə fevralın 18-dən etibarən bir sıra yanacaqdoldurma məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq. Hətta bununla əlaqədar siyahı da saytda təqdim olunub.
Bizim şərh: Bu yerdə qeyd edək ki, Nikol Paşinyanın Münhen səfəri fonunda Rusiyanın qaz vintillərinə əl gəzdirməsi maraqlıdır. Kreml son zamanlar İrəvanın Avropaya meyiillənməsinə açıq şəkildə kəskin reaksiyalar verir. Fevralın 20-sindən etibarən Avropa İttifaqının patrullarının, həmçinin Fransa jandarmalarının Ermənistana gələcəyi anons edilib, bu da Rusiyanın qıcığına səbəb olub. İstisna deyil ki, Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunu təşkil etməyi hədəfləyən Kreml Münhendə Azərbaycan və Ermənistan liderlərinin görüşə biləcəyi, yaxud hansısa anlaşmalar əldə olunacağı ehtimalını da kənara qoymur. Bu mənada qışın ortasında İrəvana qaz xəbərdarlığı edilir.
Qeyd edək ki, Qarabağ ermənilərinə də təbii qaz Ermənistandan ötürülür. Ermənistanda qaz yoxdursa, avtomatik şəkildə Xankəndidə də olmayacaq. Amma Qarabağ separatçıları və Ermənistan qazın kəsilməsinə görə görə nə qədər qəribə də olsa, Azərbaycanı ittiham edirlər və istisna deyil, bundan sonra da eyni şəkildə sərsəmləyəcəklər. Paşinyanın Münhen görüşlərində Laçın yolundakı aksiyaya görə Azərbaycanı ittiham etməsi da bu, anormal siyasətin növbəti dəfə təsdiqidir.
Moderator.az