Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Mavi tık” instaqramda ödənişli olacaq - AYLIQ 15 DOLLAR

“Mavi tık” instaqramda ödənişli olacaq - AYLIQ 15 DOLLAR

Mark Zükenberq instaqram və feysbuk platformasında yeni funksiyanı aktivləşdirəcək.

OLAY yazır ki, bu barədə qərb KİV-i məlumat yayıb. Bildirilib ki, bundan sonra təsdiqlənmək və “mavi tik” almaq ödənişli olacaq.

“Meta verified” adlı xidmət ödəniş edən istifadəçilərə mavi doğrulama nişanı, əlavə saxta hesablardan seçilmə, xüsusi dəstək və müştəri xəttinə birbaşa çıxış əldə etməyə imkan verəcək.

Abunə haqqı veb istifadəçiləri üçün ayda $11.99 olduğu halda “iOS” istifadəçiləri üçünsə $14.99 təşkil edir. İlk mərhələdə bu xüsusiyyət yalnız Avstraliya və Yeni Zellandiyada istifadəyə veriləcək. 

Yeni təklif İlon Maskın tvitterdəki aylıq 8 dollar olan təsdiqlənmə funksiyasına çox bənzəyir. Lakin Meta daha əvvəldən “mavi tik” alan istifadəçilərlə bağlı hansısa dəyişiklik etməyəcəyini bildirib.