6 fevralda Türkiyədə baş verən zəlzələnin 384-cü saatında 90 yaşlı qadın və onun 70 yaşlı oğlu xilas edilib.
11-ci mərtəbə yaşayan 70 yaşlı Hanifi Akgün və 90 yaşlı anası Güllü Akgün yanğınsöndürənlər tərəfindən xilas olunub.
Xilasetmə tədbirlərindən sonra ana və oğul xəstəxanaya yerləşdirilib.
Zəlzələdən keçən 2 həftə ərzində müəllim olan oğul çətin şərait olsa da, anasının sağlamlığının qeydinə qalmağa çalışıb.