“Ukraynadakı döyüşlərə komandanlıq edən generallardan biri - Rüstəm Muradov ciddi təzyiq altındadır”.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, R.Muradov uğursuzluğa düçar olub:
“Nəticələri yaxşılaşdırmaq üçün ona təzyiq edilir. Lakin çətin ki, Muradov ciddi uğur əldə edə bilsin”.
Məlumatda, həmçinin bildirilib ki, Baxmutda ağır döyüşlər gedir:
“Donetsk vilayətinin daha cənubunda, Vuhledar qəsəbəsi yenidən güclü atəşə məruz qalıb. Əvvəlki uğursuz cəhdlərinə baxmayaraq, Rusiya bu istiqamətdə yeni hücuma keçə bilər”.
Qeyd edək ki, bir müddət Qarabağdakı sülhməramlılara komandanlıq etmiş R.Muradov hazırda Şərq Hərbi Dairəsinin komandiridir.
REPORT.AZ