Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qərarları ilə gündəm olur…

Qərarları ilə gündəm olur…

Amerikalı milyarder İlon Mask “Twitter” şirkətində bir neçə layihəyə, o cümlədən ödənişli “Twitter Blue” abunəçiliyinin inkişafına rəhbərlik edən top-menecer Ester Kroufordu işdən çıxarıb.

 

Krouford, həmçinin “Twitter”də ödənişli xidmətin yaradılmasına və tətbiqinə cavabdeh idi (xidmət işə düşməmişdi).

Ekspertlər hesab edirlər ki, Kroufordun, eləcə də digər məhsul menecerlərinin işdən çıxarılması şirkətin baş direktoru İlon Maskın şirkətdə yeni rejim qurmağa hazırlaşdığını göstərir.

Bu yaxınlarda verdiyi müsahibədə Mask istefaya getməzdən və rəhbər kimi əvəzləyici tapmazdan əvvəl şirkəti sabitləşdirmək və maliyyə cəhətdən stabilliyinə əmin olmaq istədiyini deyib.