ABŞ-də bir çox insan küçədə qalmaqdansa, kiçik cinayətlər edərək həbsxanaya düşməyə üstünlük verir.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, xüsusilə, işsiz və tibbi sığortası olmayan yaşlı insanlar bu üsuldan istifadə edirlər.
ABŞ-nin Yuta ştatının Solt Leyk Siti polisinin məlumatına görə, 65 yaşlı Donald Metyu Santakrosun banka girərək kassirdən 1 dollar tələb edib və o daha sonra polis tərəfindən saxlanılmasını gözləyib.
Daha sonra hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb.
Məlumata görə, Santakrosun banka daxil olduqdan sonra "Bunu etdiyimə görə peşmanam, amma bu soyğundur. Xahiş edirəm mənə 1 dollar verin" yazılmış qeydi kassaya verdiyi bildirilib.