İngiltərədə film kimi hadisə baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 6 ildir evli və 2 uşaq anası sahibi olan cütlük qadının səhhətində yaranan problemlərə görə xəstəxanaya müraciət edərkənndəhşətli reallıqla üzləşib.
Həyat yoldaşının xəstəliyi ilə əlaqədar böyrək transplantasiyasına ehtiyacı olduğunu deyən ər "Oğlum dünyaya gələndən sonra həyat yoldaşım xəstələndi. Həkimlər təcili böyrək transplantasiyasına ehtiyac olduğunu deyəndə yaxınlarımızla əlaqə saxladıq. Ancaq uyğun donor tapılmadı", - deyə bildirib.
Donor tapa bilməyəndə həkimlərə müraciət edən cütlük həyatlarını alt-üst edən həqiqəti öyrənib.
Test nəticələri cütlüyün anormal dərəcədə yüksək uyğunlaşma faizi olduğunu ortaya qoyub. Ər-arvad arasında belə uyğunlaşmanın çox nadir hallarda baş verdiyini bildirən həkimlər cütlüyə "Bu dəyərlərə ancaq qardaş-bacı sahib ola bilər” deyiblər.
6 illik həyat yoldaşının qohum, hətta qardaş ola biləcəyini biləndə ər şoka düşüb. Həyat yoldaşı ilə böyüdüyü yerdən uzaqda tanış olduğunu və bioloji ailəsi ilə heç bir əlaqəsi olmadığını deyən ər sosial şəbəkədə fikirlərini bu ifadələrlə bölüşüb: "Zarafat etmirəm, həyat yoldaşımla bacı-qardaşıq. Bu vəziyyətlə bağlı nə edəcəyimi bilmirəm. Bəlkə bu səhvdir, amma axı o mənim uşaqlarımın anasıdır...".