Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zəvvarları daşıyan avtobus dəhşətli qəzaya düşdü: 20 ölü, 29 yaralı

Zəvvarları daşıyan avtobus dəhşətli qəzaya düşdü: 20 ölü, 29 yaralı

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Məkkəyə gedən avtobus Əsir şəhərində əyləc nasazlığı səbəbindən körpüyə çırpılaraq alov topuna çevrilib. Dəhşətli qəzada 20 nəfər ölüb, 29 nəfər yaralanıb.

Bildirilib ki, Məkkəyə gedən avtobus Əsir şəhərinin Əqabə Şaar bölgəsində əyləcin buraxılması nəticəsində körpüyə çırpılıb və qəzadan sonra avtobus alov topuna çevrilib.

 

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən göndərilərkən, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

 

Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu bildirib.