Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dünyanı gözləyən yeni təhlükələr MƏLUM OLDU - Yer kürəsində...

Dünyanı gözləyən yeni təhlükələr MƏLUM OLDU - Yer kürəsində...

Yeni araşdırmaya görə, son 20 ildə həm quraqlıq, həm də daşqınlar artıb, çünki qlobal temperatur rekord səviyyəyə yüksəlib. 

AZXEBER.COM xəbər verir ki, NASA alimlərinin araşdırmasına görə, iqlim böhranı sürətləndikcə fəlakətlər də artacaq.

NASA alimlərinin apardığı yeni araşdırma getdikcə daha tez-tez, geniş yayılmış və intensiv olan quraqlıq və daşqınların iqlim böhranı ilə əlaqəli olduğunu ortaya qoyub. 

Tədqiqatın aparıcı müəllifi Mattehv Rodell NASA-nın 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına nəzər salaraq, Yer kürəsində su ilə bağlı ekstremal hadisələrin ölçüsünü, müddətini və şiddətini təhlil edib.

Bu çərçivədə 505 ekstremal yağış hadisəsi və 551 həddindən artıq quraqlıq hadisəsi araşdırılıb ki, bunların təxminən 70%-i altı ay və ya daha az, təxminən 10%-i isə bir ildən çox davam edir.

Alimlər 2015-ci ildə rekord temperatur tendensiyası başlayandan bu ekstremal hadisələrin intensivliyi və tezliyinin artdığını aşkar ediblər.

"Biz bunun qlobal istiləşmə ilə əlaqəli ola biləcəyini düşündük, çünki bilirik ki, son 7 ildə ən yüksək temperatur qeydə alınıb", - deyə Rodell açıqlamasında bildirib. 

Araşdırmada bu qənaətin doğruluğunu təmin etmək üçün təhlillər etdiklərini ifadə edən Rodell təhlillər nəticəsində iqlim böhranının təsirlərinin digər təbii göstəricilərdən daha güclü olduğunu təsbit etdiklərini söyləyib.

Rodell araşdırmanın insanlara qlobal temperaturun hər kiçik artımının vacib olduğunu və dünyanı istiləşdirən çirklənmənin artmasının qarşısını almaq lazım olduğunu başa düşməyə kömək edəcəyinə ümid etdiyini söyləyib. Araşdırmanın təfərrüatları "Nature Water” jurnalında dərc olunub.