Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyə də daxil olmaqla bu 5 ölkə üçün XƏBƏRDARLIQ!

Türkiyə də daxil olmaqla bu 5 ölkə üçün XƏBƏRDARLIQ!

Son vaxtlar hava hadisələrinin dəyişməsi müşahidə edilir. Türkiyədə nadir görülən hadisələr bir-birinin ardınca yaşanmağa başlayıb. Elm adamları Türkiyənin də daxil olduğu coğrafiyadan narahat olan yeni bir araşdırma yayımlayıblar.

AZXEBER.COM "HaberGlobal”a istinadən xəbər verir ki, Almaniyada yerləşən Maks Plank İnstitutunun "Review of Geophysics" elmi jurnalında dərc olunan araşdırması Türkiyə üçün gözlənilən təhlükəni bir daha ortaya qoyub.

Araşdırmaya görə, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. 

Türkiyənin də daxil olduğu bölgə ölkələrinin qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağıntı kimi fəlakətlər yaşayacağına diqqət çəkilib.

 

Bu əsrin sonuna qədər bölgədə havanın temperaturunun 5 dərəcə artacağı, xüsusilə yay aylarında misli görünməmiş yandırıcı istilərin olacağı təxmin edilir.

 

"Reviews of Geophysics" elmi jurnalında dərc olunan araşdırmada, lazımi tədbirlər dərhal alınmazsa, Şərqi Aralıq dənizi və Yaxın Şərqin çox ciddi bir iqlim böhranının təsiri altında qalacağı bildirilib. 

 

Araşdırmalara görə, yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan çox dağıdıcı təsirlərlə üzləşəcək. Sahil əraziləri və bir çox yerlərdə kənd təsərrüfatı torpaqları su səviyyəsinin qalxması ilə yox olmaq ərəfəsində olacaq.

 

Hesabatda Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı da iqlim böhranından əziyyət çəkən ölkələr sırasındadır.