Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil” Çavuşoğludan Baydenə

“Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil” Çavuşoğludan Baydenə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma "erməni soyqırımı” iddialarına cavab verib.   Bunu Çavuşoğlu tviterdə yazıb. O bildirib ki, siyasi şarlatanlar yenidən səhnəyə çıxıb:   "Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”, - o deyib.   Qeyd edək ki, Bayden daha əvvəl 1915-ci il hadisələrini "soyqırımı” kimi qiymətləndirmişdi.