“Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.
“Biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyəti dəyişmək ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu, çox sadə görünür, lakin onun həyata keçirilməsi onlarla problemlə bağlıdır: bəzi psixoloji və praktik problemlər var. Belə bir mesajın Ermənistan cəmiyyəti üçün həzm edilməsi asan deyil”, - Paşinyan deyib.
Nikol Paşinyan əlavə edib ki, Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlərə malikdir və bu münasibətləri yaxşılaşdırmaqda davam etməlidir. Onun sözlərinə görə, indi Ermənistanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır.