Suriyada bir nəfər zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarılıb.
Bu barədə məlumatı “Akhbar.fouri” portalı yayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən həmin şəxsin tamamilə gücdən düşdüyünü görmək mümkündür. Onun həyatda necə sağ qala bilməsi hələ ki məlum deyil. Adı açıqlanmayan həmin şəxs həkimlərə təhvil verilib.
Xatırladaq ki, fevralın 6-sı Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyada da dağıntı və tələfata səbəb olub. Mart ayına olan məlumata görə, Suriyada zəlzələdə həlak olanların sayı 5800-ü ötüb. Ümumilikdə Suriyada 400 mindən çox sakin təbii fəlakətdən zərər görüb. Dağıntılar altından 1500 nəfəri xilas etmək mümkün olub.