Amerikanın Ohayo ştatının Qoşen şəhərində 77 yaşlı Doroti Fideli adlı qadın özünə ərə gedib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, üç övladı və nəvəsi olan Doroti ilk dəfə 1965-ci ildə ailə qurub. Lakin 9 il sonra qadın həyat yoldaşından boşanıb.
Bir daha heç vaxt evlənməyəcəyinə söz verən Fideli 40 il sonra özünə ərə getməyə qərar verib.
Fidelinin toyunda qonşuları, dostları və ailə üzvləri iştirak ediblər.