Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Omba böyütmə əməliyyatı etdirən qadın vəfat etdi - HƏKİM HƏBS EDİLDİ

Omba böyütmə əməliyyatı etdirən qadın vəfat etdi - HƏKİM HƏBS EDİLDİ

Omba böyütmə əməliyyatı etdirən qadın vəfat edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İstanbulda yerləşən gözəllik mərkəzində ombasını böyütmək istəyən 38 yaşlı Kübra Boyraz Solmazgülün vəfat edib.

Məhkəmə ekspertizasının verdiyi rəyə görə, 38 yaşlı xanımın ölümünə səbəb iki omba nahiyəsində iynə vurulması, qanaxma və bu bölgədə dəri altında yağlı maddənin yığılması olub. Ağciyər, böyrək və ürək toxumalarından götürülən nümunələrin müayinəsində yad cisimə uyğun gələn piy emboliyası (damar keçməzliyi) aşkarlanıb.

Kübra Boyraza vurulan silikon tətbiqinin tibbi qaydalara uyğun gəlmədiyi, damara təsadüfən vurulduğu üçün emboliya nəticəsində ölümün baş verdiyi bildirilib.

38 yaşlı Kübranın ölümünə səbəb olan həkim Öner Özsoyer 9 ilə  həbs cəzası tələb edilib.