Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Titanik"i görməyə gedənlərin hamısı öldü

"Titanik"i görməyə gedənlərin hamısı öldü

”Titan" sualtı qayığının ekipajının bütün üzvləri ölüb.

Bununla bağlı məlumatı ABŞ Sahil Mühafizə İdarəsi yayıb.

Bildirilib ki, tapılan gəmi qalıqları itmiş sualtı “Titan”a - ABŞ Sahil Mühafizəsinə məxsusdur.

Qeyd edək ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayığın göyərtəsində 5 nəfər olub.
Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi var idi. "Titan" batiskafının oksigen ehtiyatı Bakı vaxtı ilə saat 15:08-dən etibarən tamamilə tükənmişdi.