Rusiya Prezidenti Vladimir Putin "Vaqner" razılaşmasından sonra ilk açıqlamasını edib.
O, hazırda Rusiya üçün prioritet məsələnin Ukraynadakı əməliyyatlar olduğuna diqqət çəkib.
"Bizim prioritetimiz Ukraynadakı əməliyyatdır. Ona görə mən Ukraynada hərbi əməliyyatlara üstünlük verirəm”, - deyə Putin bildirib.
Prezident həmçinin Rusiyanın Ukrayna qüvvələrinin Donetskdə hücum cəhdlərini davam etdirdiyini vurğulayıb.