Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vahid Ələkbərovun sərvəti 5,9 milyard dollar artıb

Vahid Ələkbərovun sərvəti 5,9 milyard dollar artıb

Rusiyanın ən varlı biznesmenlərinin sərvəti cari ilin əvvəlindən 32 milyard dollar artıb. 

Bu barədə məlumat “Bloomberg” agentliyinin nəşr etdiyi “Bloomberg Billionaires Index”də yer alıb. 

 

Məlumata görə, sözügedən biznesmenlər arasında sərvətini ilin əvvəlindən ən çox artıran “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov olub. Belə ki, onun sərvəti 5,9 milyard dollar artaraq 21,3 milyard dollar təşkil edib. 

Sərvətini ən çox artıran digər biznesmen isə “Novolipetsk” Dəmir və Polad Zavodunun (NLMK) direktorlar şurasının sədri Vladimir Lisin olub. Lisinin sərvəti ilin əvvəlindən 4,98 milyard dollar artaraq 24,8 milyard dollara çatıb. 

Buna baxmayaraq, “Nornikel” şirkətinin prezidenti Vladimir Potanin ən varlı rusiyalı olaraq qalmağa davam edib. O bu dövr ərzində sərvətini 1,23 milyard dollar artsa da, onun ümumi sərvəti 29,8 milyard dollar təşkil edir.