“İstanbulda ehtimal olunan güclü zəlzələdə 100 minə yaxın ev dağa bilər”.
Bu barədə türkiyəli seysmoloq Naci Göryur danışıb.
Mütəxəssis bildirib ki, şəhərdə bir çox evlər potensial zəlzələlərə hazır deyil, ona görə də onlar böyük təhlükə altındadır. Bundan əlavə, o deyib ki, sakinlərin yeraltı təkanların qurbanı olmaması üçün İstanbulda zəlzələyə davamlı evlərin tikintisinə başlamaq lazımdır.
“Əvvəlcə onların qayğısına qalaq, həyati təhlükədə olan insanlar üçün evlər tikək”, - deyə alim çağırış edib.