Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təslim edəcəklər. "Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik”, - deyə o bildirib. Qurum rəhbəri müəllimlərin də pis nümunə olmamaq üçün sinfə telefonla girməyəcəklərini vurğulayıb.