Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koçaryanın oğlu da aksiyada saxlanıldı

Koçaryanın oğlu da aksiyada saxlanıldı

İrəvanda yenidən hökumət əleyhinə etiraz aksiyası keçirilir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları paytaxtda bir neçə küçəni bağlayıb. 

Aksiya keçirilən ərazilərə çox sayda polis cəlb olunub. Hökumət binasının qarşısında isə canlı sədd qurulub.

Polis Sarıyan küçəsində etirazçılarla yolu bağlayan müxalif “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanı saxlayıb. Ümumilikdə 26 etirazçı polis bölməsinə aparılıb. 

Xatırladaq ki, artıq 3 gündür ki İrəvanda ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

       

 

***

İrəvan polisi aksiya iştirakçılarını saxlamağa davam edir.

“Sputnik Ermənistan”ın məlumatına görə, saxlanılanlar arasında ölkənin ikinci Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.