Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qızını bıçaqlayıb daha sonra cinsi istismara məruz qoyan ataya 61 il 9 ay həbs verildi

Qızını bıçaqlayıb daha sonra cinsi istismara məruz qoyan ataya 61 il 9 ay həbs verildi

Türkiyədə qızını bıçaqlayıb daha sonra cinsi istismara məruz qoyan ataya 61 il 9 ay həbs cəzası verilib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə 2021-ci ildə Ərzurum vilayətinin Yakutiyə rayonunda baş verib.

Belə ki, 38 yaşlı ata E.S.Ş evdə dava etdiyi qızı D.Ş-nı özündən yaşca böyük oğlanlarla danışdığı iddiaası ilə 24 yerindən bıçaqlayıb. 

Təcili yardıma müraciət etməyib qızını qanlar içində saxlayan kişi qonşuları xəbər tutduqdan sonra hadisə yerindən qaçıb. 

Müalicəsi bitdikdən sonra dövlət himayəsinə alınan qız atasının onu dəfələrlə cinsi istismara məruz qoyduğunu deyib.

Məhkəmə qarşısına çıxarılan ata cinsi istismar iddialarını rədd edib:

“Mən qızıma qarşı cinsi istismar cinayəti törətməmişəm. Sadəcə olaraq bıçaqlamışam. Günahıma girməyin. Əgər girsəniz, mən sizə haqqımı halal etmirəm.

Məhkəmənin hökmü ilə E.S.Ş. ümumilikdə 61 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.