72-ci beynəlxalq "Kainat gözəli 2023" müsabiqəsinin qalibi bəlli olub.
Salvadorda keçirilən müsabiqədə birinci yerə nikaraqualı 23 yaşlı Şanis Palasios sahib olub.
Yarışmanın ilk üçlüyündə Avstraliyadan Moraya Uilson və Taylanddan Anntonia Porsild də yer alıb.
Qeyd edək ki, “Kainat gözəli” hər il keçirilən beynəlxalq gözəllik müsabiqəsidir. Bu il müsabiqədə 80-dən çox ölkədən xanımlar iştirak ediblər.