İstanbulun Beylikdüzü rayonundakı Özkul ailəsinin iddialarına görə, 49 yaşlı Gönül Özkul 20 noyabr tarixində səhər saatlarında qızı Dilan Özkulla birlikdə özəl xəstəxanaya gedib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ərinə varikoz damarları əməliyyatı olacağını söylədiyi xəstəxanada qarında piy götürmə əməliyyatı keçirən Gönül Özkulun əməliyyatdan sonra nəbzi dayanıb.
Reanimasiya şöbəsinə yerləşdirilən Özkul bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Özkul ailəsi həkimlərin və xəstəxananın səhlənkarlığının olduğunu iddia edib. Ailə baxımsızlıq iddiaları ilə bağlı prokurorluğa şikayət edib.
Özkulun meyiti ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün Ədliyyə Tibb Təşkilatına aparılıb.
Özkuldan qalan yalnız vəfat etməzdən bir gün əvvəl ailəsi ilə nahar edərkən çəkilmiş fotosu olub.
Həmin fotonu təqdim edirik:
Ayşən