ABŞ administrasiyası tank güllələri də daxil olmaqla təxminən 106,5 milyon dollarlıq hərbi texnikanın İsrailə satışını təsdiqləyib.
Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi məlumat paylaşıb.
Məlumatda, İsrailin 13 min 981 tank mərmisi almaq üçün müraciət etdiyi, ABŞ-nin “İsrailin təhlükəsizliyinə sadiq qalmağa davam etdiyi” bildirilib.