Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiyanın yeni elektrik avtomobili gülüş obyektinə çevrildi

Rusiyanın yeni elektrik avtomobili gülüş obyektinə çevrildi

Rusiyanın yeni istehsal edilən elektrik avtomobili Amber gülüş obyektinə çevrilib.

 

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən nəqliyyat vasitəsini görənlər dizaynı tərifləməklə yanaşı, onu ələ salıblar.

Gözləntiləri doğrultmayan Amberin 2025-ci ildən etibarən Kalininqraddakı Avtotor fabrikində kütləvi istehsala keçməsi hədəflənir.

Eyni zavod BMW və Ford kimi markaların modellərini də istehsal edib.

Lakin Rusiyanın Ukraynanı işğal etməsindən sonra iri şirkətlər Rusiya bazarından çəkildiyi üçün istehsal etməyə maşın tapa bilməyən Avtotor zavodu Amber istehsalını öz üzərinə götürmək məcburiyyətində qalıb.

Avtomobil mütəxəssislərinin fikrincə, avtomobilin belə çirkin dizayna sahib olmasının səbəbi embarqo səbəbindən komponentlərin tamamilə digər mövcud Rusiya avtomobillərindən götürülməsidir.