![Moskvada “Crocus City Hall”da silahlı insident - 12 ölü Moskvada “Crocus City Hall”da silahlı insident - 12 ölü](https://img.shownews.az/news/2024/03/photo_14456.jpg)
Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.
“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu yazıb.
“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğın qeydə alındığı bildirilir.