Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına daxil edilib.
Bununla bağlı siyahını “CNN Travel” tərtib edib.
Qeyd olunub ki, düşbərə klassik Azərbaycan yeməyidir. Onu hazırlamaq üçün isə kiçik hissələrə bölünmüş xəmirin içinə qoyun və ya mal ətindən qiymə qoyulur və bükülür. Suda bişirildikdən sonra üzərinə sarımsaqlı qatıq və ya sirkə əlavə edilərək yeyilir.
Siyahıda Polşa mətbəxinə məxsus pyeroq, Hindistanın milli yeməyi olan modak, Rusiyanın pelmen, Mərkəzi Asiyadan mantı, italyanların ravioli və digər yeməklər də var.
Qeyd edək ki, düşbərə Azərbaycan milli mətbəxinin əsas xörəklərindəndir.