“Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuşla bağlı vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gazeta.ru Ermənistanın “Armlur” portalına istinadən məlumat yayıb.
Məlumata görə, Paşinyan sözügedən məsələ ilə bağlı hakim “Vətəndaş müqaviləsi” partiyasının təcili iclasını keçirib.
“Bakının anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan vəziyyəti yüngülləşdirmək üçün istefa vermək qərarına gəlib. Baş nazirin sözlərinə görə, bu qərar onun və hökumətinin xilası olacaq”, - deyə portal yazıb.
Qeyd olunur ki, Paşinyan sentyabrın 10-u növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib.