Nyu-York bələdiyyəsi başörtüyü zorla çıxarılan qadınlara 17 milyon 500 min dollar ödəyəcək.
BAKU.WS "Euronews"a istinadən xəbər veir ki, ABŞ-da cinayətə görə həbs olunan iki müsəlman qadının şəkillərinin çəkilməsi üçün baş örtükləri zorla çıxarılıb. Hadisə 2018-ci ildə baş verib.
Amerikalı müsəlman qadınlar Camilla Klark və Arua Aziz baş örtüklərini çıxarmağa məcbur edildikdə onlarda travma yarandığını söyləyərək məhkəməyə müraciət ediblər.
Manhetten federal məhkəməsində açılan məhkəmə prosesi ABŞ-ın bölgə hakimi Analisa Torres tərəfindən təsdiqlənib. Baş örtüyü zorla çıxarılan qadınlara 17 milyon 500 min dollar ödəniləcək.
Klark 2017-ci il yanvarın 9-da, Aziz isə 2017-ci il avqustun 30-da həbs edilib.