Slovakiya Milli Şurasının (parlamentinin) sədri, "Səs - Sosial Demokratiya” partiyasının lideri, Ukraynadakı münaqişənin tezliklə həllinin tərəfdarı olan Peter Pelleqrini Slovakiya prezidenti seçilib.
Bu barədə Slovakiya televiziyası məlumat yayıb.
İkinci turda Pelleqrininin lehinə seçicilərin 53,12 faizi səs verib. Onun rəqibi, Slovakiyanın keçmiş xarici işlər naziri İvan Korcok 46,87% səs toplayıb.
Dövlət Seçki Komissiyasının məlumatına görə, Pelleqrininin lehinə 1 milyon 409 min 255 seçici səs verib. Səsvermədə 4,3 milyona yaxın slovak seçicidən 2 milyon 671 min 279-u (61,14 faiz) iştirak edib.