“Qarabağda erməni qalmayıb, çünki hamımız sadə bir reallığı, yəni Qarabağdakı erməni əhalinin Azərbaycanın tərkibində öz müqəddəratını təyin etmək hüququna malik olduğunu qəbul etmədik”.
“Sputnik Ermənistan” xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, müxalifətin qınaqlarına cavab olaraq bildirib ki, buna görə də iki il əvvəl Qarabağın statusu məsələsində “yüksək tələb”lərin qoyulmamasının vacibliyindən danışırdı.