Venesuelada həbsdən qaçmağa çalışan məhbusların qazdığı tunel polis idarəsinə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yayıb.
Bildirilir ki, hadisə Maracaibo şəhərində 30 nəfərdən ibarət polis dəstəsinin təlimi zamanı baş verib.
20 məhbus qazdıqları tunel vasitəsilə qaçmaq istəyərkən polislərlə qarşılaşıb.
Polislər məhbusların tuneldən çıxmaqlarına kömək edərək onları yenidən həbsxanaya qaytarıb.
Məlumata görə, hadisə zamanı 3 məhbus yüngül xəsarətlər alıb.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.